Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ iqtisadiyyatı ikinci rübdə 3 faiz artıb

Baxış: 217
ABŞ iqtisadiyyatı ilin ikinci rübündə illik 3 faiz artıb. Bazar gözləntisi artımın yüzdə 2,8 olacağı idi.

ABŞ Ticarət Departamentinin daha əvvəl dərc etdiyi ilkin məlumatlarda artım 2,8 faiz səviyyəsində təxmin edilirdi. Beləliklə, ikinci rübün artımı yuxarıya doğru yenidən nəzərdən keçirildi.

Birinci rübdə artım yüzdə 1,4 olaraq açıqlandı.

Açıqlamaya görə, ÜDM-də artım istehlak xərcləri, özəl səhm investisiyaları və qeyri-yaşayış sahələrinə əsas investisiyaların artması nəticəsində baş verib.

Cari dollarla ifadə edilən ÜDM ikinci rübdə illik 5,5 faiz və ya 383,2 milyard dollar artaraq 28,65 trilyon dollara çatıb. Bu, əvvəlki təxmindən 23,2 milyard dollar artım deməkdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.