Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Asiya İnkişaf Bankı ilə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi müzakirə edilib

Baxış: 203

İqtisadiyyat nazirinin müavini Anar Axundov Asiya İnkişaf Bankının (AİB) Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının enerji direktoru Junho Hvanq ilə görüşüb.

Nazirlikdən  bildirilib ki, görüşdə Azərbaycanın AİB ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub, Bankın ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər yüksək qiymətləndirilib.

Tərəflər bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, Azərbaycanın enerji sisteminin davamlılığını və səmərəliliyini təmin etmək üçün infrastrukturun inkişafı və maliyyələşməsinə Bankın potensial dəstəyi və “yaşıl” enerji sektoruna xarici investisiyaların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıblar.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.