Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Energetika naziri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyib

Baxış: 192

Energetika naziri Pərviz Şahbazov Hacıqabul şəhərində vətəndaşların müraciətlərini dinləyib. 

Nazirlikdən  bildirilib ki, görüş zamanı vətəndaşların enerji təchizatı, elektrik avadanlıqlarının istismar vəziyyəti, sayğacların quraşdırılması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Hacıqabul rayonu ilə yanaşı, Bakı, Şirvan, Ağcabədi şəhərləri, Ağdam, Biləsuvar və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak ediblər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.