Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Dəniz və Liman Agentliyi tərəfindən sənədlərin verilməsi prosesi “Bakı KOB evi”ndə davam edir

Baxış: 195
​​​​

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır sənədlərin sahiblərinə təhvil verilməsi prosesi cari ilin 19 avqust tarixindən “Bakı KOB evi”ndə həyata keçirilir.

Agentlikdən  bildirilib ki, bu günə kimi sözügedən xidmət üzrə 56 dənizçi DDLA-nın “Bakı KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edib. Onlardan 45-i hazır sənədlə təmin olunub.

Xidmətin təşkilində məqsəd agentlikdə həyata keçirilən islahatların davamı olaraq operativlik, şəffaflıq, peşəkarlıq səviyyəsinin artırılması, sənədlərin əldə edilməsinə sərf olunan vaxtın minimuma endirilməsi və nəticədə vətəndaş məmnunluğunun təmin edilməsidir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.