Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ÜST rəsmisi: Düşünürəm ki, COP29 çərçivəsində ətraf mühiti qorumaq istiqamətində mühüm addımlar atılacaq

Baxış: 210

“Planetimiz 4,5 milyard yaşındadır. Bundan 10 min il öncə mədəniyyət deyə bir anlayış yox idi. Sonra insan cəmiyyəti inkişaf etdikcə, sənaye istehsalı artdıqca, texnologiyanın inkişafı, bütün bunlar iqlim dəyişikliklərinə də səbəb oldu”. 

 Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Şamaxıda keçirilən COP29 çərçivəsində “4-cü sənaye texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzusunda tədbirdə çıxışında deyib.

“Texnoloji inkişafın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də çoxdur. Bu gün biz cəmiyyətdə ətraf mühiti qorumaq mədəniyyətini aşılamaq üçün səylərimizi birləşdirməliyik. Düşünürəm ki, Azərbaycanın ev sahibliyi edəcək COP29 çərçivəsində bu istiqamətdə çox mühüm addımlar atılacaq”, - deyə Hande Harmancı əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.