Day, Month 00, Year
00: 00: 00 AM
Fiziki şəxslərin müddətli əmanətləri iyulda ilk dəfə 8 milyard manatlıq həddi keçib

İyulda fiziki şəxslərin əmanətlərinin 65,7 faizi (8,981.7 milyon manat) milli valyutada, 34,3 faizi (4,679.3 milyon manat) xarici valyutadadır. 

 Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanət portfelinin 59,1 faizi (8,067.7 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayı ərzində 4,1 faiz və ya 317 milyon manat artaraq ilk dəfə 8 milyard manatlıq həddi keçib. 

Hüquqi şəxslərin tələbli depozitləri 15,391.5 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,3 faizini təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması iyul ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 2,7 faiz bəndi azalaraq 33,7 faiz təşkil edib.

Bu ilin yanvar-iyul aylarında banklar tərəfindən 682,8 milyon manat xalis mənfəət, 1,016 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilib (ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,2 faiz və 9,1 faiz daha çox).

Cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 153,4 milyon manat məbləğində mənfəət vergisi ödənilib.


Tarix: 22-08-2024, 15:10 Oxunub: 36


Bölməyə aid digər xəbərlər