Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Böyük avtomobil firmasından açıqlama

Baxış: 238

Dünyanın qabaqcıl avtomobil istehsalçısı açıqlama Verdi.
Volvo Car-nın Türkiyədəki baş direktoru Alican Emiroğlu “Elektrikli Sedan modelləri gələnə qədər Türkiyədə Sedan avtomobil satmağı planlaşdırmırıq" fikiri ilə bağlı açıqlama verib.
 Alican Emiroğlu dünən verdiyi açıqlamada markanın məhsul çeşidində əhəmiyyətli dəyişikliklər edəcəklərini bildirərək, "Son gömrük rüsumlarına görə sedan modellərimizin satışını dayandıracağıq. Biz Elektrikli sedan modelləri gələnə qədər Çində istehsal edilən bu modellərin satışını yeni ildən dayandırmağı düşünürük”.Bu açıqlama sedan modellərinin artıq satılmayacağı kimi anlaşılıb.
“Volvo Cars  2030-cu ilə qədər tam elektrikli avtomobillərə keçməyi planlaşdırır. Bu baxımdan, brend mövcud prosesləri təkmilləşdirməyə diqqət yetirir və 2025-ci il üçün iqlim fəaliyyət planı və dairəvi iqtisadiyyat üzərində işləməyə davam edir. Volvo Cars 2025-ci ilə qədər qlobal satışlarının 50 faizini tam elektrikli avtomobillərdən əldə etməyi planlaşdırır və avtomobil başına düşən karbon izini 40 faiz azaltmağı hədəfləyir. Bu vizyon çərçivəsində Volvo Cars Avropa bazarı üçün daha əvvəl elan edilmiş istehsal planı çərçivəsində Sedan modellərinin qlobal istehsalını 2024-cü ilə qədər dayandırmaq qərarına gəlib. Bu istehsal planına əsaslanaraq, Volvo Car Türkiyə də müştərilərin tələblərinə cavab vermək üçün öz avtomobil ehtiyatını yaratmışdır. Türkiyədə bir müddət satışı davam edəcək sedan modelləri gələcəkdə elektriklə işləyən versiyalarla əvəzlənəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.