Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AMB-nin vəzifəli şəxsləri Sabirabadda vətəndaşlarla görüşüb

Baxış: 212

Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB) görülən mütəmadi tədbirlərin davamı olaraq Sabirabad rayonunda vətəndaşların səyyar qəbulunu həyata keçirib. 

AMB-dən bildirilib ki, vətəndaşların müraciətləri əsasən həyat sığortası, kreditin istənilməsi, kredit borcuna güzəşt olunması, qalıq kredit borc barədə məlumatın öyrənilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikmə günlərinin silinməsi ilə bağlı olub. 

Görüş zamanı vətəndaşların müraciətləri dinlənilərək müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə öz həllini tapıb. Əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşlara ərizə tərtib etmələri üçün dəstək göstərilib.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.