
2024-cü ilin 7 ayı ərzində Aktau və Kurık dəniz limanları ilə 4,2 milyon tona yaxın yük daşınıb. Bu göstərici ötən ilin eyni dövrünün səviyyəsində qalıb.
Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Dəmiryolu və Dəniz Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepov bildirib.





































