Day, Month 00, Year
00: 00: 00 AM
İnnovasiya Gənclər Forumu çərçivəsində təhsillə bağlı müzakirə aparılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən İnnovasiya Könüllüləri Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə İnnovasiya Gənclər Forumu keçirilir.

 Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, layihə gənclərin yay tətili ərzində asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır. 

Bu gün forum çərçivəsində “İnnovativ Gənc: Təhsil müzakirəsində” mövzusunda üçüncü panel müzakirəsi keçirilib. 

İnnovasiya Könüllüləri Təşkilatının baş katibi Təhmasib İmaməliyev, Bakı Gənclər Mərkəzinin tədbirlər və layihələr üzrə rəhbəri Kənan Şərifov çıxışlarında bu tip layihələrin gənc nəslin inkişafında mühüm rol oynadığını vurğulayıblar. 

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva ali təhsil müəssisələrinin müasir tələblərə uyğunlaşmaq üçün həyata keçirdiyi təşəbbüslərdən, Kamil Əyyubov adına 12 saylı orta məktəbin müəllimi Günel Əkbər pedaqoji fəaliyyətində tətbiq etdiyi yeniliklərdən söz açıb. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının rəhbəri, 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi Toğrul Ələkbər isə karyera inkişafı üçün vacib olan bacarıqlar barədə gənclərə tövsiyələr verib. 

İnnovasiya Gənclər Forumu çərçivəsində ümumilikdə beş panel görüşünün keçirilməsi nəzərdə tutulur.


Tarix: 16-08-2024, 09:23 Oxunub: 41


Bölməyə aid digər xəbərlər