Day, Month 00, Year
00: 00: 00 AM

Çindən Orta Dəhliz ilə konteyner yükdaşımalarının həcmi 14 dəfə artıb

Cari ilin əvvəlindən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) ilə Çindən konteyner daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 dəfə artıb.

 “Qazaxıstan Temir Yolu” SC-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Çini Avropa və Türkiyə ilə birləşdirən multimodal nəqliyyat dəhlizinin inkişafı üçün daşımaların həcminin artırılması, xidmətin və yüklərin çatdırılma sürətinin yaxşılaşdırılması istiqamətində işlər aparılır.

Bu günə kimi Altınkol stansiyasından Abşerona (Bakı) çatdırılma müddətləri 9 günə, Poti-Batumiyə (Gürcüstan) 12 günə, Poti-Batumi vasitəsilə Konstansaya (Rumıniya) 20-22 günə endirilib.

Xatırladaq ki, 2023-cü ildə “Qazaxıstan Temir Yolu” Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyaları ilə “Middle Corridor Multimodal Ltd.” adlı birgə müəssisə yaradıb.

Əlaqələndirici operator “bir pəncərə” prinsipi, zəmanətli çatdırılma müddəti və dəyəri üzrə xidmətlərin göstərilməsi ilə marşrut üzrə multimodal xidmətin inkişafı üzrə səyləri gücləndirəcək.

“Qazaxıstan Temir Yolu”, həmçinin iri beynəlxalq logistika şirkətlərini cəlb etməklə Xəzər dənizində liman və limanətrafı infrastrukturu fəal şəkildə inkişaf etdirir.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ölkələri ilə birləşdirir.


Tarix: 15-08-2024, 14:41 Oxunub: 37


Bölməyə aid digər xəbərlər