Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hacıqabul Sənaye Parkında Günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur

Baxış: 244

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İZİA-dan memorandumu agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group” MMC-nin direktoru İlkin Quliyev imzalayıblar. Sənədə əsasən, ölkəmizdə keçiriləcək COP29-a və yaşıl enerji islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternartiv enerji ilə təmin edilməsi nəzərdə tutulur.

Memorandum çərçivəsində “AGAS Group” MMC tərəfindən Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq Günəş elektrik stansiyasının (GES) qurulmasının texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Növbəti mərhələdə GES-in qurulması və sənaye parkının yaşıl enerji ilə təmin olunması planlaşdırılır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.