Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səhmlər üçün kritik xəbərdarlıq

Baxış: 199

Qlobal bazarlar sentyabr ayında ABŞ-də faiz endiriminə hazırlaşır. Bununla belə, faiz dərəcələrinin aşağı salınması həmişə səhmlərə müsbət təsir göstərmir. Mütəxəssislər, tənəzzül gözlənildiyi təqdirdə, səhmlərin ilk faiz endirimindən sonra qısa müddətə yüksələ biləcəyini deyirlər.
Qlobal bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayından faiz dərəcələrini azaltmağa başlayacağına əmindir. Fed-in faiz dərəcələrini azaltması, borclanma ilə xərcləri artan şirkətlər üçün rahatlıq təmin edə bilər. Ancaq  bu endirimlər həmişə birja üçün müsbət nəticə vermir.
ABŞ iqtisadiyyatı ilə bağlı tənəzzül qorxuları artır
Ötən həftə bazarlarda “Qara bazar ertəsi” olub. İnvestorların qəflətən “taşıma ticarətini” başa vurması nəticəsində yen yüksəldi və qlobal fond bazarları düşdü. İyul ayında zəif məşğulluq hesabatı da ABŞ iqtisadiyyatı üçün tənəzzül qorxusuna səbəb olub.

Cicione-ə görə, tənəzzül səhmlərə mənfi təsir göstərsə də, tənəzzüllər zamanı istiqrazlar ümumiyyətlə səhmləri üstələyir.

10 illik xəzinə istiqrazlarının faizi həftə ərzində 3,78 faizlə ilin ən aşağı səviyyəsinə endikdən sonra yenidən 3,94 faizə yüksəldi.

Cicione, tənəzzülün qarşısı alınarsa, səhmlərin uzunmüddətli perspektivdə istiqrazları üstələyəcəyini bildirdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.