
Böyük sənaye konserini olan "Siemens"in 2024-cü ilin üçüncü rübündə xalis mənfəəti kəskin şəkildə artıb.
Bu ilin aprel-iyun aylarında şirkətin xalis mənfəəti 1,44 milyard avrodan 2,13 milyard avroya yüksəlib.
Son rübdə "Siemens"in gəliri 4% artaraq 18,9 milyard avroya, sifarişlərin həcmi isə 16% azalaraq 19,78 milyard avroya çatıb.
Qeyd edək ki, bu ilin əvvəlindən "Siemens"in kapitallaşması 9,5% azalaraq 120,6 milyard avroya düşüb.





































