
Son 5 ildə qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79 faiz artıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, bu, 426 min yeni əmək müqaviləsi deməkdir: “Əmək bazarında keyfiyyət dəyişikliyi iqtisadi artım, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və təşviq əsaslı vergi siyasətinin nəticəsidir”.





































