Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Halkbank və Ziraat Bank zərər etmələri ilə bağlı yayılan məlumatların doğru olmadığını deyib

Baxış: 208

Ziraat Bank və Halkbank zərər etdikləri ilə bağlı deyilənlərin əassız olduğunu  bildirib.  
Bəzi KİV-i və sosial media hesablarında Ziraat Bankın zərərlə üzləşdiyi haqqında yalan  xəbərlər yayılıb.
Ziraat Bank bu məsələ ilə bağlı açıqlama verib.
Məlumat verilib  ki, bank fəaliyyətinə görə heç bir itki ilə üzləşmir və sektor normalarına uyğun səviyyədə mənfəət əldə edən banklar sırasındadır. 
 160 illik köklü tarixə malik olan və Türkiyə iqtisadiyyatının böyüməsinə və inkişafına töhfə verən Ziraat Bankın bundan sonra da eyni əzmlə fəaliyyətini davam etdirəcəyi vurğulanıb.
Halkbank da  son zamanlar bəzi media orqanlarında və sosial şəbəkələrdə ziyana düşməsinə dair iddiaların yanlış olduğunu deyib.
Açıqlamada bankın maliyyə hesabatlarının müntəzəm olaraq ictimaiyyətə açıqlandığı və fəaliyyəti ilə bağlı maliyyə itkisi  olmadığı deyilib. Halkbank illərdir KOBİ, biznesmen və sənətkarların lider bankı olaraq fəaliyyətini davam etdirir. Hər bir kommersiya təşkilatı, büdcəsinin bir hissəsini təqdimat və reklama ayırır. Bank ümumi TL balans həcminə görə sektor bankları arasında üçüncü, cəmi TL kreditlərinə görə isə ikinci yerdə olsa da, qənaət tədbirlərinə böyük diqqət yetirir.
Halkbank bundan sonra da eyni əzmlə fəaliyyətini davam etdirəcəyi qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.