Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Audi Çində öz modellərində loqo dəyişdirir

Baxış: 201
Alman avtomobil istehsalçısı Audi-nin Çin bazarı üçün Çində hazırladığı yeni elektrikli avtomobil seriyasında markanın dörd halqalı loqotipini daşımayacağı iddia edilib.

Şirkət mənbələri Volkswagen-ə məxsus markanın bu qərarının arxasında 'imajın qiymətləndirilməsinin' olduğunu və bu qərarın yeni bir səhifənin açılması kimi qiymətləndirilə biləcəyini bildirdi.

Həmçinin bildirilir ki, Audi-nin qərarı Çində SAIC ilə birlikdə hazırlanmış avtomobil arxitekturasının istifadəsini və yerli təchizatçılardan və texnologiyalardan artan asılılığı əks etdirir.

Şirkət daxilində "bənövşəyi" kod adı verilən bu plan çərçivəsində Audi-nin Çindəki avtomobillərinin yeni loqotipi və ya sadəcə marka adını daşıyacağı bəlli deyil.

Noyabr ayında yeni seriya üçün konsept avtomobilin təqdim ediləcəyi gözlənilir və Audi də bu seriyanın "marka hekayəsini" izah edəcək.

2030-cu ilə qədər 9 modelin planlaşdırıldığını qeyd edən mənbələr, loqo dəyişsə belə, avtomobillərin “Audi” olaraq qalacağını vurğulayır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.