Day, Month 00, Year
00: 00: 00 AM

Birinci yarımildə “Bakı KOB evi”ndə sahibkarlara 158 minədək xidmət göstərilib

Cari ilin yanvar-iyun aylarında sahibkarlar “Bakı KOB evi”nə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və mənşə sertifikatının alınması, vergi və gömrük məsələləri, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə üçün müraciət ediblər. 

 Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadla xəbər verir ki, sahibkarların lisenziya və icazələrin, qida təhlükəsizliyi sertifikatının alınması, yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac sənədləşdirilməsi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi üzrə müraciətləri də üstünlük təşkil edir. 

Müvafiq xidmətlər sahibkarlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 121 min 122 (76,69 faiz), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti – 13 min 196 (8,36 faiz), Dövlət Vergi Xidməti - 2793 (1,77 faiz), Dövlət Gömrük Komitəsi - 1113 (0,7 faiz), Fövqəladə Hallar Nazirliyi – 586 (0,37 faiz), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) – 473 (0,30 faiz), İqtisadiyyat Nazirliyi – 434 (0,27 faiz), Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi – 288 (0,18 faiz), Qida Təhlükəsizliyi Agentliyi – 141 (0,09 faiz), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 70 (0,04 faiz) tərəfindən göstərilib. Bu, 10 dövlət qurumu tərəfindən göstərilmiş xidmətlər “Bakı KOB evi”nə edilmiş ümumi müraciətlərin 88,8 faizini (140,216) təşkil edir. 

Ümumilikdə isə “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və “B2B” xidmətləri göstərilir. Təkcə 2024-cü ilin yanvar-iyun aylarında “Bakı KOB evi”ndə sahibkarlara 157 min 940 xidmət göstərilib ki, bunun 140 min 556-sı dövlət, 17 min 384-ü isə özəl qurumlar tərəfindən təmin olunub.


Tarix: 3-08-2024, 11:46 Oxunub: 75


Bölməyə aid digər xəbərlər