Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bitkoinin qiyməti 64 min dollardan aşağı düşüb

Baxış: 222
Coinmarketcap analiz şirkətinin məlumatlarına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 4,2 faiz azalaraq 2 trilyon 290 milyard dollara düşüb.

Analitiklər bildirirlər ki, Beyrut və Tehrandakı hücumlar nəticəsində Yaxın Şərqdə artan gərginlik investorların kripto pul kimi riskli aktivləri satmasına səbəb olub.

Qeyd edilir ki, dünən siyasət faizini 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz səviyyəsində sabit saxlayan ABŞ Federal Ehtiyat Sisteminin (FED) qısamüddətli addımları kriptovalyuta bazarının gedişinə də təsir edəcək.

Saat 18.15-ə olan məlumata görə, son 24 saatda təxminən 4,3 faiz ucuzlaşan Bitcoin 63 min 540 dollar səviyyəsinə düşüb.

Bazar dəyərinə görə ikinci sırada olan Ethereum, son 24 saatda yüzdə 5,5 dəyər itirərək 3 min 130 dollara düşüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.