
Şirkət Cümə axşamı rüblük mənfəətində artım olduğu haqqında məlumat verib.
Amazon şirkətinin aprel-iyun ayları üçün 10,99 milyard dollar qazanacağı gözlənilirdi. Məbləğ təxmin ediləndən daha çox 13,5 milyard dollar oldu. Amazon ötən ilin eyni dövründə 6,7 milyard dollar qazanıb.
Ümumilikdə şirkət 10% artımla 148 milyard dollar gəlir əldə edib.
Qeyd edək ki, digər şirkətlər kimi Amazon da COVID-19 pandemiyası zamanı onlayn alış-verişə daha çox bel bağlayan istehlakçıların artan tələbinə uyğunlaşmaq üçün xərclərini artırdı. Lakin tələbin azalması 27,000-dən çox korporativ işçini ixtisarı ilə nəticələnib.
Xərclərin azaldılması mənfəətin artmasına səbəb oldu. Bununla belə, Amazon həm də generativ süni intellekt ətrafında yaranan səs-küyün faydalarını hiss edir ki, bu da onun bulud hesablama vahidi Amazon Web Services-in fəaliyyətinin ləngiməsindən sonra yenidən sürətləndirilməsinə kömək edir.
Şirkət cümə axşamı açıqlayıb ki, Amazon Web Services-in gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 19% artıb.
Amazon sirkətinin nəticələri Microsoft, Meta və Google-un korporativ ana şirkəti Alphabet Inc kimi texnologiya nəhənglərinin diqqətini cəlb edib.





































