
Cari ilin ilk altı ayı ərzində sahibkarların 2744 layihəsinə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 102,7 milyon manat güzəştli kredit verilib.
SİF-in güzəştli kreditlərindən 225 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 6,7 milyon manat güzəştli kredit verilib.
Bununla yanaşı, sözügedən dövr ərzində 82 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 3 milyon manat güzəştli kredit əldə edib.





































