Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

KOBİA-da sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib

Baxış: 285

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) sahibkarlarla görüş keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tərəfindən keçirilmiş görüşdə sahibkarların müraciətləri dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı ətraflı izahat verilib, sualları cavablandırılıb. Sahibkarların araşdırma tələb edən müraciətləri isə baxılması üçün qeydiyyata alınıb.

Görüşdə iştirak edən sahibkarlar biznesin inkişafına dair müxtəlif məsələlərlə bağlı müraciət ediblər.

Qeyd olunub ki, sahibkarlar KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı agentliyin 131 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala, www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə müraciət edə və “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.