22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən ümumilikdə 6 yeni telekommunikasiya operator və provayderi uçota alınıb.
Agentlikdən bildirilib ki, “Aznet technologies” QSC, “Alnet”, “Profib”, “Volt internet”, “Sfera net” və “Caspian İT services” MMC-lərin müraciəti əsasında onların uçota alınması həyata keçirilib.
Həmçinin “Proksi fiber” və “Avirtel” MMC-lərin müraciətləri əsasında operator və internet provayder kimi fəaliyyətlərini dayandırmaları səbəbindən uçotları ləğv edilib. Bununla da uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatıb.
Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirir. Eləcə də genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunur. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayır.
Uçota durma qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.
Bölməyə aid digər xəbərlər