Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-dan spot Ethereum ETF-ləri üçün yaşıl işıq

Baxış: 225
ABŞ mətbuatında yer alan xəbərlərə görə, bəzi spot Ethereum ETF-lərinin çərşənbə axşamı ticarətə başlaması gözlənilir.

BlackRock, Fidelity Investments və Bitwise Asset Management, spot Ethereum ETF-lərinin ticarətinə başlaması gözlənilən aktivlərin idarə edilməsi şirkətləri arasındadır.

Mövzu ilə bağlı BlackRock tərəfindən edilən açıqlamada, BlackRock-un iShares Ethereum Trust ETF (ETHA) ilə bağlı qeydiyyat bəyanatının SEC tərəfindən etibarlı elan edildiyi ifadə edildi. Açıqlamada qeyd olunub ki, iShares Ethereum Trust ETF-nin iyulun 23-də Nasdaq-da ticarətə başlaması gözlənilir.

Fidelity Investments tərəfindən edilən açıqlamada, efirin performansını izləməyi hədəfləyən Fidelity Ethereum Fund (FETH) fəaliyyətə başlayacağı açıqlandı.

Bitwise Asset Management tərəfindən edilən açıqlamada, Bitwise Ethereum ETF-nin (ETHW) iyulun 23-də Nyu York Birjasında ticarətə başlamasının planlaşdırıldığı bildirilib.

SPOT BITCOIN ETF YANVAR AYINDA TƏSDİQ OLUNMUŞDUR

SEC yanvar ayında spot Bitcoin Exchange Traded Fund (ETF) müraciətlərini təsdiqlədi.

Blackrock, VanEck, WisdomTree, Fidelity, Bitwise, Grayscale Investmens və Invesco spot Bitcoin ETF üçün SEC-ə müraciət edən şirkətlər arasında idi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.