11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasda istilik enerjisi təchizatı sahəsində 2024-2025-ci il payız-qış mövsümünə hazırlıq məsələləri, istilik təchizatını təmin edən qazanxana və istilik məntəqələrinin istismara hazırlıq vəziyyəti, habelə istilik xidmətlərinin göstərilməsində “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi, qarşısında duran vəzifələr və digər məsələlər ətraflı müzakirə olunub.
Energetika, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri iclasda məruzələr dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilib, aidiyyəti qurumlara istilik xidmətlərinin keyfiyyətinin artırılması, istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi, istilik təchizatında fasilələrin yaranmaması, həmçinin digər təcili və təxirəsalınmaz addımlarla bağlı müvafiq tapşırıqlar verilib.
Bölməyə aid digər xəbərlər