Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib

Baxış: 233

“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 06:42-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişinin təxliyəsi üçün operativ şəkildə xüsusi texnika - ambulator lift istifadə edilib və ona dərhal ilk tibbi yardım göstərilib. Daha sonra isə sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.