
Qarabağda həm şəhərlərarası, həm də şəhərlərdaxili sərnişindaşımaların həyata keçirilməsi üzrə işlər gedir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev nəqliyyat sahəsində qanunvericiliyə edilən dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, ilk olaraq Laçın, Şuşa, Xankəndi şəhərləri istiqamətində nəqliyyat təminatının planı hazırlanır.
“Hətta biz artıq müsabiqələr elan etmişik. Bakı-Laçın marşrutu müsabiqəyə çıxarılıb. Bundan başqa, Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutlarının açılması da nəzərdə tutulur”, - deyə o qeyd edib.





































