Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR Bakı buxtasını tullantılardan təmizləyir

Baxış: 301

SOCAR neft-qaz şirkətindən enerji şirkətinə çevrilməkdədir. Beynəlxalq enerji şirkətinə çevrilmək yolunda irəliləyən şirkət olaraq ətraf mühitin mühafizəsi və təmizlənməsi bizim prioritet istiqamətlərimizdən biridir.

 Bu sözləri SOCAR-ın mətbuat katibi Orxan Hüseynov Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı buxtasının təmizlənməsi həyata keçirilir.

“Bura həmçinin Bakı buxtası ərazisində suda batmış və yarımbatmış qurğuların və digər tullantıların təmizlənməsi daxildir. Biz bu işləri uğurla həyata keçiririk. Gələcəkdə də dövlət tərəfindən bu cür nəhəng layihələrin həyata keçirilməsində SOCAR hər zaman öz dəstəyini və töhfəsini verməyə hazırdır”, - deyə o qeyd edib. 



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.