Day, Month 00, Year
00: 00: 00 AM

Prezident To Lam: Vyetnam Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığı gücləndirmək istəyir

Vyetnam Asiya və Avropa arasında yerləşən və onları birləşdirən Türk Dövlətləri Təşkilatının üzvləri ilə əməkdaşlığı hər zaman yüksək qiymətləndirir, əlaqələri daha da gücləndirmək istəyir.

AZƏRTAC Vyetnam Xəbər Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Vyetnamın Prezidenti To Lam Azərbaycanın, Türkiyənin və Qazaxıstanın Hanoydakı səfirləri ilə görüş zamanı deyib. O, Vyetnamın Azərbaycan, Türkiyə və Qazaxıstan ilə ənənəvi dostluğunun, çoxşaxəli əməkdaşlığının mütəmadi görüşlər sayəsində bütün səviyyələrdə möhkəmləndiyini diqqətə çatdırıb, yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb. 

Vyetnam və Türk dövlətlərinin BMT də daxil olmaqla, beynəlxalq və regional platformalarda səmərəli əlaqələndirmənin, qarşılıqlı dəstəyin davamlı olmasının əhəmiyyətini vurğulayan Prezident To Lam diqqətə çatdırıb ki, ölkəsinin Azərbaycan, Türkiyə və Qazaxıstanla iqtisadi-ticari tərəfdaşlığı davamlı inkişaf edir, ticarət dövriyyəsi artır. Bununla belə, Vyetnamın bu 3 ölkə ilə iqtisadi-ticari əlaqələri, xüsusən də nəqliyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət, idman, turizm sahələrində və regionlararası əməkdaşlığı mövcud potensialı əks etdirmir. O, Türk Dövlət Təşkilatlarından olan sahibkarlar üçün biznes və investisiya fəaliyyəti üçün Vyetnamda ən yaxşı imkanların yaradılacağını bildirib. 

Bu il Vyetnamın sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfərinin 65-ci ildönümü olduğunu diqqətə çatdıran Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə həmin səfərin iki xalq arasında dostluğun və tərəfdaşlığın, xüsusən də neft-qaz sahəsində əməkdaşlığın əsasını qoyduğunu, səfərdən sonra xeyli vyetnamlı gəncin ölkəmizdə sözügedən sahədə təhsil alaraq qabaqcıl mütəxəssislər kimi yetişdiklərini deyib. O, Azərbaycanın Hanoydakı səfirliyinin bu münasibətlə müxtəlif tədbirlər keçirməyi planlaşdırdığını bildirib. 

Görüşdə Türkiyənin və Qazaxıstanın səfirləri Korhan Kemik və Kanat Tumiş ölkələrinin Vyetnamla əlaqələrindən danışıblar.


Tarix: 18-07-2024, 12:53 Oxunub: 49


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı