
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini ötən ilə nisbətən 3,3 faiz artırıb.
ARDNF-in 2024-cü ilin II rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla bildirir ki, ABŞ dolları portfelinin 8 milyard 574,6 milyon dollarlıq hissəsini (14,8 faiz) qızıl investisiyaları təşkil edir.
Fondun qızıl ehtiyatı cari il iyunun 30-u tarixinə 114,9 ton təkil edib.





































