Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bugünkü hərracda dövlət əmlakı olan 18 nəqliyyat vasitəsi satılıb

Baxış: 245

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil edilib. 

Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, nəqliyyat vasitələri üzrə rəqabətli keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Belə ki, ilkin qiyməti 6000 manat olan “Toyota Avalon” markalı avtomobil 10 min 300 manata satılıb, BMW 750 markalı avtomobilə edilən təklif isə 13 min 500 manatdan 16 min 900 manata yüksəlib.

Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.