Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Xidməti: Bu ilin beş ayında 22 inzibati xəta üzrə protokol tərtib edilib

Baxış: 230

Cari ilin yanvar-may aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən, 18 hüquqi, 4 fiziki şəxs barəsində ümumilikdə 22 inzibati xəta haqqında protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Xidmətindən ötən ilin müvafiq dövrü ilə müqayisədə tərtib edilmiş protokolların sayında müşahidə olunan 27 faiz azalma dövlət-özəl dialoqu çərçivəsində sahibkar-istehlakçı münasibətlərinin möhkəmləndirilməsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının müdafiəsi və şikayətlərin operativ emalı, o cümlədən pozuntu hallarının çevik şəkildə qarşısının alınmasının göstəricisidir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.