11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
Son illər Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsi nəqliyyat və logistik həllərə geniş imkanlar yaradır. 2020-2025-ci illər üçün hazırlanmış "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" planı ölkədə logistikanın inkişafına ciddi təkan verib, geoiqtisadi və nəqliyyat-logistika istiqamətlərində Azərbaycanı regionun mərkəzinə çevirib. Ölkəmizdə uzun illərdir peşəkar logistika xidmətləri göstərən “Heritus Logistics MMC” şirkətinin direktoru Paşa Paşayev ilə rəhbərlik etdiyi şirkətin nəqliyyat-logistika sahəsində fəaliyyəti və ölkəmizin tranzit imkanlarının genişlənməsi istiqamətində atılan addımlar barədə danışdıq.
-Paşa müəllim, zəhmət olmasa, “Heritus Logistics” MMC şirkəti haqda məlumat verərdiniz, sizi tanıyaq.
-İlk növbədə, gördüyümüz işlər və ümumilikdə şirkətimizlə maraqlandığınız üçün sizə təşəkkürümü bildirirəm.
“Heritus Logistics” MMC yerli Azərbaycan şirkətidir. 2019-cu ildən beynəlxalq yükdaşımalar bazarında fəaliyyət göstərir.
“Heritus Logistics” MMC 80 tentli və 12 soyuduculu tırları, bundan əlavə, logistika sferasında tanınan peşəkar əməkdaşları, eləcə də yönədiciləri əhatə edən bir qrup şirkətidir.
“Heritus Logistics” MMC müştərilərinə beynəlxalq səviyyədə nəqliyyat və logistika yükdaşımalarını avtomobil, dəmir yolu və hava yolu nəqliyyatı vasitəsilə təqdim edir. Şirkətimiz Avropa, Mərkəzi Asiya və MDB ölkələrində yükdaşımaları həyata keçirməklə yanaşı, beynəlxalq standartlara uyğun nəqliyyat vasitələri (Euro 6, ISO.), eləcə də xüsusi sertifikatlara (ADR və s.) malik sürücülər tərəfindən istənilən növ yükdaşımaların ən qısa vaxt ərzində və mükəmməl icra edilməsinə xüsusi önəm verir.
-Şirkətiniz müştərilərə hansı xidmətləri təklif edir?
-“Heritus Logistics” MMC hər bir müştəriyə uyğun olacaq bir sıra logistika xidmətləri göstərir.
Xidmətlərimizə daxildir:
Avtomobil nəqliyyatı FTL <L (MDB ölkələri, Mərkəzi Asiya, Türkiyə, Avropa)
Dəniz nəqliyyatı FCL&LCL
Dəmir yolu nəqliyyatı (ekspedisiya, vaqonların təmin edilməsi, yüklərin hərəkətini izləmə, marşrut boyu yüklərin qorunmasının təmin edilməsi)
Malların multimodal daşınması
Beynəlxalq nəqliyyat
Yüklərin konteynerlə daşınması
Terminal xidmətləri
Yükləmə-boşaltma, boşaltma-yükləmə
Sənədlərin tərtib edilməsi və yükləmə sxeminin hazırlanması, qabaritlik dərəcəsinin müəyyən olunması, yükləmə-bərkitmə.
Təcrübəli işçilərimiz sizə ən optimal nəqliyyat yolunu təklif edəcəklər. Həm də yolboyu malların hərəkətini izləmək mümkün olacaq. Beləliklə, hər bir müştəri istədiyi vaxt mallarının yerini öyrənə biləcək. Hər müştəriyə fərdi yanaşmaqla onların göstərilən xidmətlərdən məmnun qalmasına nail oluruq. Bizim əsas məqsədimiz müştərilərimizin razı qalmasıdır.
-Bazar üzrə rəqabət artdığı bir vaxtda sizin şirkət rəqiblərindən nə ilə fərqlənir?
-Qürurverici məqam odur ki, “Heritus Logistics” MMC Türkiyə, Almaniya və İtaliyada depoları olan və özünə məxsus bu qədər nəqliyyat vasitəsinə sahib azsaylı şirkətlərdəndir.
Şirkətimizin Almaniyanın Nürnberq, Türkiyənin İstanbul, İtaliyanın Verona şəhərlərində anbarları mövcuddur. Həmin depolardan Azərbaycan və Türkiyəyə rəsmi formada gələn bütöv (FTL) və qruppaj (LTL) daşınmaları həyata keçiririk. Onu da qeyd edim ki, şirkətimiz Proje daşımaları üzrə də ixtisaslaşıb. Bu günə qədər ölkə əhəmiyyətli bir sıra İdxal/İxrac proje daşımalarını həyata keçirmişik.
-Xidmət keyfiyyəti yaratmaqla yanaşı onu davamlı olaraq qorumaq da vacibdir. Bu baxımdan fikirləriniz önəmlidir.
-Biz “Heritus Logistics” MMC olaraq hər il tendensiyamıza uyğun şəkildə əməkdaşlarımızı beynəlxalq dərəcəli ixtisasartırma kurslarına, seminarlara və sərgilərə yönləndiririk. Bu, bizim işimizdə böyük əhəmiyyət kəsb edir. Göstərdiyimiz xidmətin yüksək səviyyədə olmasının əsas səbəblərindən biri də məhz budur. Həmçinin müştəri sorğularının və tələblərinin həcminə uyğun olaraq tərəfdaşlarla olan əlaqəni də genişləndirib inkişaf etdiririk.
Mövcud tendensiyaya uyğun olaraq Çindən əldə etdiyimiz rəsmi tərəfdaşlar vasitəsilə, həmçinin şirkətimizin böyük heyətli dəmiryolu departamenti sayəsində sizə ən optimal qiymətlərlə sürətli dəmiryolu daşınmaları təklif edirik.
-Qlobal geosiyasi proseslərin ən çox təsir etdiyi sektorlardan biri də beynəlxalq daşımalardır. Nəqliyyat-logistika sahəsinə, sizin fəaliyyətinizə bu proseslər konkret olaraq necə təsir edir?
-Bildiyiniz kimi, ölkəmiz coğrafi baxımdan strateji nöqtədə yerləşir. Ölkəmizin tarixi İpək Yolu üzərində yerləşməsi bizə ticarət baxımından əlverişli imkanlar qazandırır.
Bizim üzərimizə düşən, sadəcə, bu coğrafi imkanlardan maksimum səmərəli istifadə etməkdir. Ən optimal variant isə yaxın qonşularımızın təcrübəsindən yaralanmaq, azad iqtisadi zonaların fəaliyyətini təmin etməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Ələt Azad İqtisadi Zonasının bizə verdiyi imkanları bir sahibkar və logistika şirkəti rəhbəri olaraq yüksək qiymətləndirirəm. İstər Ələt Azad İqtisadi Zonası, istərsə də Zəngəzur dəhlizi, ümumilikdə bu istiqamətdə görülən işlərin Azərbaycanımızın dünya logistika bazarındakı payının ciddi mənada yüksəlməsinə töhfə verəcəyinə inanıram.
Bölməyə aid digər xəbərlər