Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baş nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Baxış: 283

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir olunub.

Hazırda icra olunan layihələrin gedişi, həmçinin Dünya Bankının fəaliyyət istiqamətlərinə və Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq bankın 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycan ilə Dünya Bankı arasında bir sıra sahələrdə, o cümlədən COP29 çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.