
Cari ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 5 milyard 832,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4380,7 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 572,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 47 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.





































