Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ADORE MMC - “Voyage Beaute” yeni konseptual ətriyyat və kosmetika mağazası təqdim edir!

Baxış: 298

İyulun 5-də əlamətdar hadisə baş verdi – şəhərin tam mərkəzində ətriyyat və kosmetika üçün “Voyage Beaute” adlı unikal konseptual mağazanın açılışı. Tədbirin qonaqları brendin fəlsəfəsinin əyani əksinə çevrilmiş milli atributları ilə müasir dizayn və mürəkkəb üslubun maraqlı vəhdəti ilə qarşılanıb.

Yeni konsept nəinki ətirlər, kosmetika və qulluq vasitələrinin geniş çeşidini təqdim edir, həm də ünsiyyət və təqdimat platformasına çevriləcək!

Bakının parfümeriya və kosmetika mağazalarında ilk dəfə olaraq ziyarətçilər üçün müxtəlif çeşidlər arasında müvafiq guşələr və onlar barədə məlumatlar yerləşdirilib. Yüksək ixtisaslı mütəxəssislər gözəllik dünyasında bələdçiniz olmaqdan məmnun olacaqlar! 

Hər birinizi yeni mağazaya dəvət etməkdən məmnunuq. Burada siz açılış şərəfinə müxtəlif HƏDİYYƏLƏR əldə edə və “Voyage Beaute” ilə Gözəllik dünyasına səyahət edəcəksiniz!

Mağaza “Adore” və “Sabina” mağazalar şəbəkəsinin bir hissəsidir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.