Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Moskvada daşınmaz əmlakın kadastrı ilə bağlı müzakirələr aparılıb

Baxış: 252

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri Rusiya Federasiyasının paytaxtı Moskvada “Konsepsiya 2024. Kadastr qiymətləndirilməsi” mövzusunda keçirilən tədbirdə iştirak ediblər. 

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, tədbirdə torpaq sahələrinin kadastr məlumatları və onların qiymətləndirilməsi ilə bağlı çıxışlar olub, müzakirələr aparılıb. Qeyd olunub ki, daşınmaz əmlakın, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların tam və dəqiq kadastrının aparılması və qiymətləndirilməsi ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu məlumatlar daşınmaz əmlakın yerləşməsi və ölçülərindən, torpaq sahələrinin göstəricilərindən, mülkiyyət hüququndan və digər informasiyalardan ibarətdir.

Məlumatların vahid və dəqiq olması ölkənin sosial-iqtisadi inkişafı, investisiya imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Tədbirdə, həmçinin torpaqların kadastr qiymətləndirilməsində əsas meyarlar, kadastr xidmətlərinin işində əsas problemlər və onların həlli yolları, torpağın kadastr qiymətləndirilməsi üzrə tənzimləmə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılara bu istiqamətdə məlumat verilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.