Day, Month 00, Year
00: 00: 00 AM
Yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye məhsulunun 65,0 faizi mədənçıxarma, 29,2 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 74,4 faiz, əczaçılıq məhsullarının istehsalı 53,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,0 faiz, tikinti materiallarının istehsalı 35,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 32,0 faiz, mebel istehsalı 31,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7 faiz, elektrik avadanlıqlarının istehsalı 18,5 faiz, tütün məmulatlarının istehsalı 18,0 faiz, içkilərin istehsalı 14,9 faiz, hazır metal məmulatlarının istehsalı 13,9 faiz, geyim istehsalı 8,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 7,8 faiz, qida məhsullarının istehsalı 4,6 faiz, kağız və karton istehsalı 4,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 faiz, neft məhsullarının istehsalı 1,9 faiz artıb. 

Ağacın emalı və ağacdan məmulatların istehsalı 6,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,2 faiz, poliqrafiya məhsullarının istehsalı 20,8 faiz, maşın və avadanlıqların istehsalı 27,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 48,0 faiz, sair sənaye məhsullarının istehsalı isə 61,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,2 faiz artıb.


Tarix: 10-07-2024, 18:06 Oxunub: 63


Bölməyə aid digər xəbərlər