Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti ilə görüş keçirilib

Baxış: 259

İqtisadiyyat nazirinin müavini Anar Axundov Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Draqoş-Paul Ungureanu ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə ölkəmizin də səhmdarı olduğu Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə “yaşıl” maliyyələşdirmə və investisiyalar, KOB-un inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, işğaldan azad edilmiş ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsi kimi məsələlər nəzərdən keçirilib.

Tərəflər Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə COP29 çərçivəsində əməkdaşlıq, iqlim gündəliyinə xüsusi diqqət yetirilməklə Azərbaycanın investisiya prioritetləri, layihələrin maliyyələşdirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.