Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq

Baxış: 276

Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq.

Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTANDART) bildirilib ki, Minsk şəhərində standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri arasında Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın 65-ci müşavirəsi keçirilib. 

Tədbir çərçivəsində AZSTANDART-ın nümayəndə heyəti ilə Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsinin (BELST) nümayəndə heyəti arasında görüş təşkil edilib. Görüşün keçirilməsində əsas məqsəd birgə əməkdaşlıq məsələlərinin müzakirəsi, inkişaf perspektivləri, qarşılıqlı iqtisadi fəaliyyətin genişləndirilməsi olub.

Yekunda BELST ilə AZSTANDART arasında protokol imzalanıb. Protokol Azərbaycanın milli standartlarının ilk dəfə olaraq Belarusda tətbiqinə geniş imkanlar açacaq. Bu imkanların reallaşdırılması Belarus Standartlaşdırma İnstitutuna həvalə edilib. Sözügedən razılaşma iki ölkə arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsinə, mədəni-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.