Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

Baxış: 249

Azərbaycan 2024-cü ilin aprel ayında Türkiyəyə təbii qazın ixracını əhəmiyyətli dərəcədə artırıb. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,02 faiz təşkil edib. Bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatında deyilir. Məlumatlara əsasən, ixrac 2023-cü ilin aprel ayındakı 893,36 milyon kubmetrlə müqayisədə 1,001 milyard kubmetrə çatıb.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyənin ən böyük qaz tədarükçüsü olub.

İkinci yerdə 544 milyon kubmetrə yaxın qaz ixracı ilə İran yer alıb. Bu göstərici 2023-cü ilin aprel ayı ilə müqayisədə 37,25 faiz azalıb.

Türkiyəyə təbii qazın ixracının həcminə görə üçüncü ölkə Rusiyadır. Hesabat dövrü ərzində Rusiya Türkiyəyə 413,24 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 76,01 faiz azdır (1,524 milyard kubmetr).


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.