Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir

Baxış: 419

Paytaxtın Parlament prospekti (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək) aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilen məlumata görə, təmir işləri çərçivəsində hər iki prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunur. 

“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra edilən təmir işlərinin son mərhələsində sözügedən ərazilər üfüqi nişanlanma xətləri ilə təmin olunacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.