11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
“Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir. Qanun layihəsi parlamentin iyunun 21-də keçirilən iclasının gündəliyinə daxil olunub.
Qanun layihəsi sərnişinlərin mikromobilliyinin təmin edilməsi, ictimai nəqliyyatdan və mikromobillik vasitələrindən istifadənin təşviq edilməsi, eyni zamanda parklanma yerlərinin düzgün təşkil edilməsi məqsədilə hazırlanıb.
Yol hərəkəti haqqında Azərbaycan Respublikasının mövcud qanunvericiliyi mikromobillik sahəsində yalnız velosipedlə bağlı məsələləri qismən tənzimləyir. Lakin kiçik mühərrikli elektrik nəqliyyat vasitələrinin istifadəsinin artmasına baxmayaraq bu sahədə tənzimləmə normalarının olmaması həm kiçik mühərrikli elektrik nəqliyyat vasitələrinin istifadəçilərinin, həm də yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyinə təhdid yaradır.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi üzrə təklif edilən dəyişikliklər aşağıdakıları ehtiva edir:
• Velosiped zolağı, velosiped cığırı və bu anlayışların hər ikisini ehtiva edən velosiped yolu anlayışı verilir;
• Kiçik elektrik nəqliyyat vasitəsi və kiçik elektrik nəqliyyat vasitələrinin operatoru anlayışları verilir;
• Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün vəzifələri müəyyən edilir;
• Kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər müəyyənləşdirilir;
• Kiçik elektrik nəqliyyat vasitəsi operatorlarının fəaliyyətinə dair tələblər müəyyən edilir;
• Mikromobilliyə dair yol nişanı və nişanlanma xətti qanunvericiliyə daxil olunur;
• Parklanma məntəqəsinin və xidməti parklanma yerinin anlayışları verilir;
• Sui-istifadə hallarının qarşısının alınması məqsədilə fərdi parklanma talonunun verilməsi mexanizmi təkmilləşdirilir;
• Parklanmanın idarə edilməsinin SMS və ya proqram təminatı üzərindən aparılmasının hüquqi əsasları təkmilləşdirilir;
• Qanunsuz parklanma yerlərinin təşkil olunmasına qarşı normalar müəyyən edilir;
• Xidməti parklanma yeri, elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yeri ilə bağlı yol nişanları qanunvericiliyə daxil edilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik barədə qanun layihəsi üzrə təklif olunan dəyişikliklər aşağıdakıları ehtiva edir:
• Parklanma cərimələri artırılır;
• Parklanma ilə bağlı yeni maddələr (xidməti parklanma yerləri, elektrik mühərrikli nəqliyyat vasitələri və mikromobillik vasitələri üçün parklanma yerləri, parklanma müddətinin başladılmaması) üzrə cərimələr müəyyən edilir;
• Qanunsuz parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə inzibati məsuliyyət müəyyənləşir;
• Parklanma ilə bağlı cərimələr elektron tətbiq olunur;
• Yeni cərimələr daxil edilir və mövcud cərimələr artırılır (yolun hərəkət hissəsində ikinci və üçüncü cərgədə dayanması və durması, taksi duracaqlarında digər nəqliyyat vasitələrinin dayanması və durması, avtobus və velosiped zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti, habelə dayanması və durması, səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması) və cərimələr elektron tətbiq olunur;
• Avtobus və velosiped zolaqlarında hərəkətə, habelə taksi duracaqları, velosiped və avtobus zolaqlarında, səkilərdə digər nəqliyyat vasitələrinin dayanma və durmasına görə bal sistemi (2 bal) tətbiq edilir;
• Velosiped və kiçik elektrik nəqliyyat vasitələrdən istifadə zamanı yol hərəkəti qaydalarını pozmağa görə sürücülərə və texniki cəhətdən nasaz e-skuteri istifadəyə verilməsinə görə operatorlara cərimələr müəyyən edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.
Bölməyə aid digər xəbərlər