Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədə təbii qaz hasilatının həcmi 2023-cü ilin yekunlarına görə 807,3 milyon kubmetrə çatıb ki, bu da ötən ilin göstəricisindən 113 faiz çoxdur (379,8 milyon kubmetr). Bu barədə Türkiyə Enerji Bazarının tənzimlənməsi İdarəsinin (EPDK) mə

Baxış: 310

 
Türkiyədə təbii qaz hasilatının həcmi 2023-cü ilin yekunlarına görə 807,3 milyon kubmetrə çatıb ki, bu da ötən ilin göstəricisindən 113 faiz çoxdur (379,8 milyon kubmetr).

Bu barədə  Türkiyə Enerji Bazarının tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadla xəbər verir.

Hasilatın artması Türkiyənin Qara dəniz sektorundakı Sakarya yatağının aktiv işlənməsi ilə əlaqədardır, oradan hasil edilən mavi yanacaq 2023-cü ilin sentyabrından ölkənin qaz paylama sisteminə daxil olur.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bir müddət əvvəl bildirmişdi ki, bu ilin may ayına qədər Qara dənizdə qaz hasilatı sutkada 5 milyon kubmetr səviyyəsinə çatacaq.

Ümumiyyətlə, bu gün Türkiyənin on əyalətində qaz hasilatı aparılır. Birinci yerdə qazın Qara dənizdən ötürüldüyü Zonquldakdır, sonuncu yerdə isə gündə 4 min kubmetrlik hasilat həcmi olan Hatay gəlir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.