Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

Baxış: 279


Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.
Nu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.
“Qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4%-ə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır”, – hesabatda deyilir.
Dünya Bankının proqnozlarına görə, Azərbaycanda 2024-cü ildə illik inflyasiya 3%, 2025-ci ildə 3,5%, 2026-cı ildə isə 4% təşkil edəcək.
“Daxili tələbatın mülayim artımı və qlobal ərzaq qiymətlərinin sabitləşməsi nəticəsində orta illik inflyasiyanın aşağı səviyyədə qalacağı, ortamüddətli perspektivdə 2,2% səviyyəsində olacağı proqnozlaşdırılır”, - hesabatda bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.