Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Daha bir beynəlxalq qurum Azərbaycan üzrə inflyasiya proqnozunu açıqlayıb

Baxış: 300

    

Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 5 % səviyyəsində proqnozlaşdırır.
“Sahibkartv.az” bu barədə iqtisadi nəşrə istinadən xəbər verir.
Proqnozlara əsasən, birinci rübdə orta illik inflyasiya 1,8 %, ikinci rübün sonuna 4,4 %, üçüncü rübün sonuna 5,3 %, dördüncü rübün sonuna isə % səviyyəsində gözlənilir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 1,3 % artıb.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə % olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,8 %, 2025-ci ildə 5,2 % təşkil edəcək.
Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 %, 2025-ci ildə 5,5 % olacağını proqnozlaşdırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.