Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan ən çox Rusiyadan deyil, Çindən mallar alıb

Baxış: 213
Azərbaycan ən çox Rusiyadan deyil, Çindən mallar alıb


2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın idxalında əsas ölkələr siyahısında Çin Rusiyanı geridə qoyub.

Sahibkartv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 2 ayı ərzində Azərbaycan Çindən 481 milyon 230 min dollarlıq, Rusiyadan 436 milyon 122 min dollarlıq, Türkiyədən isə 345 milyon 220 min dollarlıq mallar alıb. 

2023-cü ilin ilk 2 ayı ərzində Azərbaycan Rusiyadan 565 milyon 612 min dollarlıq, Çindən 379 milyon 916 min dollarlıq, Türkiyədən isə 341 milyon 544 min dollarlıq mallar almışdı.

Beləliklə, Azərbaycanın Rusiyadan idxalı azalıb, Çin və Türkiyədən idxalı artıb. 

Hesabat dövrü: 01.01.2024 – 29.02.2024

Hesabat dövrü: 01.01.2023 – 28.02.2023 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.