Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan sahibkarları ƏDV-ni mallarını satanda ödəmək istəyir



Azərbaycan sahibkarları əlavə dəyər vergisinin (ƏDV) malın realizasiyası zamanı ödənilməsi təklifi ilə çıxış edib.

"Sahibkartv.az" Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, bu məsələ Dövlət Gömrük Komitəsi (DGK) ilə Əməkdaşlıq Şurasının iclasında qaldırılıb.

İclasa ASK-nın vitse-prezidenti Vüqar Abbasov və DGK sədrinin I müavini Bəhruz Quliyev həmsədrlik ediblər. Görüşdə iş adamları həmçinin AQTA sertifikatı olmadan gömrük rəsmiləşdirilməsi ilə əlaqədar yaranan çətinliklərin, qısa idxal bəyannamələri ilə bağlı yüksək cərimələrin əlavə yükə səbəb olduğunu qeyd edib, gömrük rəsmiləşdirilməsi zamanı ekspertiza müddətinin çox vaxt almasının, nəticədə yükün sərhəddə ləngiməsinin əlavə logistik və saxlanma kimi xərclərin artmasına səbəb olduğunu vurğulayıb.

Sahibkarlar hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində ödənilməsi müddətinin 1 ilə uzadılmasını da təklif ediblər.

DGK nümayəndələri gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı qanun çərçivəsində sahibkarlara dəstək verməyə hazır olduqlarını qeyd ediblər. Eyni zamanda qərara alınıb ki, təkliflər üzrə müzakirələrin aparılması və iqtisadiyyatın inkişafı üçün birgə səyləri gücləndirmək məqsədilə işçi qrupu yaradılsın.

Müzakirələr zamanı İkitərəfli Əməkdaşlıq Şurasının rübdə bir dəfə görüşməsi də məqbul hesab edilib.

Qeyd edək ki, Azərbaycanda ƏDV dərəcəsi 18 % təşkil edir.


Tarix: 15-03-2024, 17:59 Oxunub: 66


Bölməyə aid digər xəbərlər