Day, Month 00, Year
00: 00: 00 AM
Bu il Azərbaycanda qeyri neft-qaz sektorunda sənaye istehsalı 11 %-dən çox artıb



Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə “Sahibkartv.az”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 11,2 % artıb.

Sənaye məhsulunun 63,9 %-i mədənçıxarma sektorunda, 29,5 %-i emal sektorunda, 5,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 4 % artıb.

Məlumata görə, emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,2 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 75,9 %, əczaçılıq məhsullarının istehsalı 51 %, mebel istehsalı 37,9 %, geyim istehsalı 37,1 %, tikinti materiallarının istehsalı 35,1 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 34 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 %, içkilərin istehsalı 28,9 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,4 %, elektrik avadanlıqlarının istehsalı 18,3 %, kompüter, elektron və optik məhsulların istehsalı 16,2 %, kimya sənayesi məhsullarının istehsalı 14,7 %, toxuculuq sənayesi məhsullarının istehsalı 6,7 %, neft məhsullarının istehsalı 6,6 %, qida məhsullarının istehsalı 3,9 %, kağız və karton istehsalı 1,8 % artıb, tütün məmulatlarının istehsalı 0,6 %, hazır metal məmulatlarının istehsalı 2,4 %, poliqrafiya məhsullarının istehsalı 4,2 %, maşın və avadanlıqların istehsalı 15,2 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,1 %, sair sənaye məhsullarının istehsalı 47,9 %, sair nəqliyyat vasitələrinin istehsalı 50,4 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,9 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 22,7 % artıb.


Tarix: 13-03-2024, 12:22 Oxunub: 107


Bölməyə aid digər xəbərlər