Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yeni nəsil aparatlar ilk 2 ayda 3,5 milyard manatdan çox dövriyyəni qeydə alıb

Baxış: 262


Yeni nəsil aparatlar ilk 2 ayda 3,5 milyard manatdan çox dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisində 96 min 808 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 

2024-cü ilin yanvar-fevral ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3,5 milyard manatdan çox olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faizdən çoxdur.
2023-ci ilin yanvar-fevral ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3,1 milyard manatdan artıq olmuşdu. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.